Qazaxıstanda 3 yaşlı qızın 8-ci mərtəbəsdən yıxılmaqdan xilas edilməsi görüntüləri sosial şəbəkələrdə marağa səbəb olub.
“İki sahil” Qazaxıstan mediasına istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılmış video-görüntüdə uşaq hündürmərtəbəli binanın pəncərəsinin kənarında asılıb. Hadisə şahidləri xilasetmə əməliyyatını mobil telefona çəkiblər. Sabit Şontakbayev adlı şəxs paytaxt Nur-Sultanda 3 yaşlı qızı 8-ci mərtəbədən yıxılmaqdan xilas edib. O, hadisəni belə xatırlayır:
“Səhər saat 10-da işə gedirdim. Artıq mənzildən çıxmazdan əvvəl təsadüfən, niyə bilmirəm, pəncərədən baxdım və orada asılmış bir uşaq gördüm. Tərəddüd etmədən köməyə qaçdım. Həmin an özümü düşünmürdüm. Nə edəcəyimi də bilmirdim. İnstinktiv şəkildə hərəkət etdim. Deyəsən hər şeyi düz etmişəm”.
5 övlad atası olan və inşaatçı işləyən Şontakbayev Qazaxıstanın Fövqəladə Hallar Nazirliyində işə dəvət olunub. O, bu təklif barədə düşünəcəyini deyib. (“Qafqazinfo”)