11 may 2022 01:39
915

“Avroviziya-2022” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib

İtaliyanın Turin şəhərində “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib. 

“İki sahil” xəbər verir ki, birinci yarımfinalda 17 ölkənin təmsilçisi çıxış edib: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Çıxışların başa çatmasından sonra keçirilən səsvermədə daha çox  səs toplamış 10 ölkə İsveçrə, Ermənistan, İslandiya, Litva, Portuqaliya, Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland final mərhələsinə yüksəlib. Qeyd edək ki, final mərhələsi mayın 14-də baş tutacaq.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli mayın 12-də keçiriləcək ikinci yarımfinalda “Fade to back” mahnısı ilə çıxış edəcək.