İncəsənət şah əsərləri tez-tez hücumların qurbanı olur. Mona Lizaya daşlar atıldı, Rembrandtın "Данаya" tablosuna turşu sirkəsi səpildi və daha inandırıcı olması üçün kəsildi. Bu əməlləri törədən insanlar bunu ya öz şəxsi məqsədlərinə çatmaq üçün, ya da müxtəlif psixi pozğunluqlardan əziyyət çəkdikləri üçün ediblər. Lakin, əsərlərin yüksək maddi dəyərə sahib olduğunu bildikləri üçün, onları oğurlayıb satmaq istəyənlər də az olmayıb. Qiyməti bir milyon dollardan artıq olan şedevrlər muzeylərdə sanki işçilərin burnunun dibində yoxa çıxır. Belə bir hadisə , 2003-cü ildə Mançesterdəki Uitvard Qalereyasında baş vermişdi, buradan eyni anda üç rəsm əsəri oğurlanıb: Pablo Pikassonun "Yoxsulluq" , Pol Qoqinin "Tahiti mənzərəsi" və Vinsent van Qoqun "Parisin atlarla möhkəmləndirilməsi".
Axtarışlar heç bir nəticə vermirdi, ta ki gələn anonim zəngə qədər. Zəngdə məsləhət görülürdü ki, muzeyin yanındakı ictimai tualet tərəf axtarılsın. Elə də oldu, şah əsərlər oradan "Mən onları oğurlamaq niyyətində deyildim, sadəcə diqqətinizi təhlükəsizlik sisteminizin bərbad olmasına çəkmək istəyirdim " qeydi ilə tapıldı. Belə hallar nadirdir. Günümüzdə onilliklər keçməsinə baxmayaraq, hələ də itmiş hesab edilən əsərlər mövcuddur.
"Çiçəkli vaza" Vinsent Van Qoq
Siqnalizasiya sistemi və nəzarət kameralarının aradan qaldırılması ilə naməlum cinayətkarlar 2010- cu ildə Qahirə muzeyindən Vinsent van Qoqun "Çiçək Vaza"sını oğurlamağa nail oldu. İki italyan vətəndaşı polis tərəfindən təqsirləndirilərək saxlanılsa da, sonradan Misirin mədəniyyət naziri məlumatı təkzib edərək tablonun axtarışlarının davam etdiyini bildirir.
"Yaşıl noxud ilə göyərçin" Pablo Pikasso
Pablo Pikassonun "Yaşıl noxud ilə göyərçin" əsəri 2010-cu ildə Parisdəki Müasir İncəsənət Muzeyindən yoxa çıxıb. Oğurluğu mətbuatda Hörümçək adam kimi tanınan məşhur kriminal Vieran Tomic həyata keçirib. Alpinist və oğru olan Tomic divarlara dırmaşaraq evlərə və muzeylərə girirdi, lakin Paris muzeyində hər şey daha asan oldu, çünki mühafizəçilər yatmışdı. Müttəhimlər kürsüsündə oturaraq, o, kətanları yandırdığını desə də (digər məlumatlara görə, zibilliyə atıb), məlumat sübut olunmamış qalır.
"Yaralı masa" Frida Kahlo
Frida Kahlo yaradıcılığının tədqiqatçıları üçün ən əhəmiyyətli rəsm rəssamın 1940-cı ildə yazdığı “Yaralı Masa”dır. 1955-ci ildə sonuncu dəfə Avropada bir sərgidə nümayiş etdirilsə də, Moskvaya qayıdarkən əsər yolda itib.
Nərmin Nərimanova