05 may 2022 21:43
1053

Boşanma ərəfəsində olan evliliyi necə qurtamaq olar?

Hüquqşünas Aişə Vardaq boşanma ərəfəsində olan cütlüklərə evliliyi necə xilas edə biləcəklərini açıqlayıb.

Onun bu haqqda yazısı "Daily Mail"də dərc olunub. Vəkil ilkin olaraq təklif edib ki, evlilikdə mübarizə aparmağa dəyər nəsə varmı ya yox, tərəflər buna qərar verməlidir. Əgər işin içində zorakılıq yoxdursa, hər zaman ortaq yol tapıla, problem həll edilə bilər. 

Mütəxəssis qeyd edir ki, boşanmaq qaçılmaz variant hesab edilməməlidir. Yaranan hər mübahisədə ər və arvad dərhal boşanma haqqında düşünməməli, danışmamalıdır. “Qəzəb insanın gözünü kor edir. Yalnış emosiyaların təsirinə düşməməli, onlardan üstün olmalıyıq "deyə Vardaq davam edib.

Tərəflər bir-biri üçün mübarizə aparmağa hazır olmalıdır. “Bu, klişe səslənə bilər, lakin evlilik tərəfdaşlıq, birlikdir. Hər iki tərəf onun üzərində işləməyə, qarşı tərəfin ehtiyac və istəklərinə qarşı həssaslıq nümayiş etdirməyə hazır olmalıdır"- deə ekspert bildirib.

Nərmin Nərimanova