05 may 2022 21:34
893

Dəhşətli tibbi eksperimentlər

Tarix boyu elm naminə bir çox zərərli təcrübələr aparılıb. Elm əksər hallarda insan həyatını xilas etsə də, bəzən suallara cavab tapmaq üçün alimlər dəhşətli cinayətlər törədirlər.

Üçəmlərin bir-birindən ayrı salınması - 1960-1970-ci illərdə Peter Neubauerin rəhbərliyi altında klinik psixoloqlar ətraf mühitin xarakterin formalaşmasında hansı rolu oynadığını görmək üçün üçəmləri ayıraraq gizli təcrübə aparırlar. Müxtəlif ailələrə verilən əkiz və üçəmlərin dəqiq sayı məlum deyil (bəzi mənbələrə görə 20-yə qədər uşaq). 1980-ci ildə üç eyni insanın təsadüfən bir-birini tapması ilə eksperiment aşkara çıxır. Üçəmlərdən biri olan Devid Kelman, Orlando Sentinel məqaləsinə : "Bizi bərabər keçirə biləcəyiniz 20 ildən məhrum qoydular" deyə bildirir. Onun qardaşı Edvard Qalland isə 1995-ci ildə Nyu Cersi ştatının Maplewood şəhərindəki evində intihar edərək həyatına son qoyur. Tədqiqata rəhbərlik edən uşaq psixiatrları (Peter Neubauer və Viola Bernard) peşman olmadıqlarını, əksinə bu addımı uşaqların xeyrinə etdiklərini açıqlayıblar . Onların sözlərinə görə beləlikə uşaqlar, bir-birinə təsir göstərmədən fərd olaraq yetişəcəkdi.

"Qrup 731" - 1930-1940-cı illərdə Yaponiyanın xüsusi imperiya dəstəsi mülki şəxslər üzərində tibbi sınaqlar (əsasən Çində) keçirməklə məşğul olurdu. 731-ci dəstəyə həkim və general olan Şiro İşii rəhbərlik edirdi. Bu vəhşi təcrübələr səbəbi ilə ölənlərin sayı məlum deyil, lakin 1995-ci ildə "New York Times" hesabatında 200.000-ə qədər insanın öldüyü təxmin edilirdi. Soyuqdan donmanın ən yaxşı müalicə üsulunu müəyyən etmək üçün məhbuslar şaxtalı havada çölə çıxarılırdı. Dəstənin keçmiş üzvləri mətbuata bildiriblər ki, məhbusları zərərli qaza məruz qoyaraq , gözləri yerindən çıxana qədər təzyiq kameralarında saxlayırdılar. Müharibədən sonra ABŞ hökuməti təcrübələrin gizli saxlanmasında Yaponiyaya kömək edib.

"Dəhşətli Eksperiment" - 1939-cu ildə Ayova Universitetinin loqopedləri kəkələmənin sonradan qazanılmış bir davranış olduğuna dair nəzəriyyələrini sübut etmək üçün yetim uşaqların üzərində eksperiment aparmağa başlayır. Belə ki, yetim uşaqlara gələcəkdə kəkələməyə məhkum olduqlarını söyləyərək onları kəkələməyə sövq etməyə çalışdılar. Təcrübə kəkələməyə səbəb olmasa da, əvvəllər normal olan uşaqlara mənfi psixoloji təsir göstərərək, onları artıq gərgin, içinə qapanıq, təşviş problemi olan birinə çevirmişdi. Tədqiqat haqqında 2003-cü ildə "New York Times"da dərc olunan məqaləyə görə, Ayova tələbələri bunu "dəhşətli təcrübə" adlandırdılar.

Nərmin Nərimanova, 

(Mənbə: 8 ужасных медицинских экспериментов https://stakanchik.media/article/8-uzhasnyx -mediczinskix-eksperimentov)