Dünya kinematoqrafının ən məşhur simaları haqqında topladığımız və ən əsası heç yerdə eşitmədiyiniz faktları təqdim edirik.
Məşhur aktyor Arnold Şvartsenegger onu dünyaya tanıdan “Terminator”filmində oynayaraq, robotların bunu edə bilməyəcəyinə inandığı üçün filmdə heç göz qırpmamağa qərar verir.
Əslində “Çikaqo” (2002) filmində Billi Flann rolu Con Travoltaya təklif edilmişdi. Lakin sonradan bu rol Riçard Qirə qismət oldu.
Janna Luiza Kalman filmlərdə çəkilən ən yaşlı aktrisa hesab olunur."Vinsent və mən" adlı Kanada filmində çəkiləndə aktrisanın 114 yaşı var idi . Bu roldan sonra aktrisa daha 8 il yaşayıb.
Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdi.
Tom Henks "Forrest Qamp" filmində bir şərtlə çəkilməyə razı olub. Onun istəyi ilə filmdə yer alan bütün hadisələr tarixi faktlara əsaslanmalı idi.
Məşhur Çin aktyoru olan Ceki Çanın baş rolda oynadığı “Gənc usta”filmində onun yelpənəklə çəkilən döyüş səhnələri insanlar tərəfindən xüsusi maraqla qarşılanıb. Deyilənlərə görə, həmin səhnə 1300 cəhddən sonra çəkilmişdir.
Tanınmış aktrisa olmamışdan əvvəl Merilin Monro bir aviasiya fabrikində adi fəhlə işləyib.
Məşhur aktyor Dueyn Conson “Ginnesin Rekordlar Kitabı”na nə az, nə çox 3 dəfə düşüb. Belə ki, birinci dəfə onun adı bu kitaba 2007-ci ildə daxil edilib. Buna səbəb aktyorun ilk baş roluna görə ən yüksək qonorar alması olub.Səhnədə ilk baş rolu olan Metayas obrazına görə Conson 5,5 milyon dollar qonorar almışdı.
2015-ci ildə Dueyn Conson növbəti dəfə rekorda imza atıb. O, Londonda "San-Andreasın dağılması" filminin premyerasında öz "iPhone"u vasitəsilə 3 dəqiqə ərzində fanatları ilə 105 selfi çəkdirib.Bu qeyri-adi hərəkəti ilə o, yenidən yeni bir rekorda imza atıb. Bir də 2 ildən sonra aktyor növbəti dəfə də rekordçu olub. O, 245 kiloqrama yaxın sous hazırlamış və bu sousu Los-Ancelesdə evsizlərə yemək paylayan qeyri-kommersiya təşkilatına göndərmişdi.
2013-cü ilin noyabrında həmkarı və yaxın dostu Pol Uokerin vəfatı ilə bağlı status yazan "Forsaj" filminin ulduzu Vin Dizel rekorda imza atıb. Onun təsirli məktubu 8 milyondan çox bəyənmə toplayaraq, "Facebook" ən məşhur paylaşım kimi seçilmiş və "Ginnes Rekordlar Kitabı"na daxil olmuşdu.
Heç bilirdinizmi ki, "YouTube" Janet Cekson və Justin Timberleykın sayəsində məşhur oldu. 2004 -cü ildə cütlük futbol üzrə "Super Bowl" oyununda iştirak etdi. (Bu şou Amerikanın ən yüksək reytinqli oyunlarından biri hesab olunur). İki məşhurun göstərdiyi şou dillər əzbəri oldu.Belə ki, verilişdə Janetin kostyumunun bir hissəsini cıran Timberleykin etdiyi bu hərəkət böyük izdihama səbəb oldu.
1970 -ci ildə aktyor Bill Murray sərhəddən 5 kiloqram marixuana keçirmək istədiyi üçün hava limanında həbs edildi.
Həyatı boyunca Rene Zelveqer artıq çəki ilə mübarizə aparmaqdadır. Bu müddət ərzində bir çox fərqli pəhriz növlərini sınaqdan keçirən aktrisa yalnız özünəməxsus bir pəhriz seçdi.
Belə ki, aclıq güc gəldiyi zaman aktrisa buz yeyir. Qeyri-adi yemək vərdişi ilə fərqlənən Renenin dondurucusu hər cür buz qəlibləri ilə doludur. O, yalnız suyu deyil, həm də şirələri, limonadları da dondurur.
Qeyri-adi üslubu ilə seçilən məşhur aktyor Conni Dep təkcə oynadığı rollarla diqqəti cəlb etmir. O, şəxsi həyatında da çox fərqli biridir. Məşhurun hobbilərini nəzərə alsaq, buna əmin olarıq. Jonny Depin çox maraqlı hobbisindən biri də odur ki, o, barbi kuklalarını çox sevir, onun hətta bu kuklalardan ibarət böyük bir kolleksiyası var. Deyilənlərə görə, aktyor boş vaxtlarında kuklaları ilə oynayır və bunu etiraf etməkdən çəkinmir.
Məşhur səssiz filmlərin əvəzəolunmaz aktrisası Sara Bernar çəkilişlərdə fasilə yaranan zaman ayaq üstə yatırdı. Aktrisanın digər qəribəliyi isə evdə olarkən aktrisanın tabutda yatmağa üstünlük verməsi idi.
Hollivud ulduzu olmamışdan əvvəl Ceyson Stetham küçə satıcısı olub. O, həmçinin model və küçə teatrında aktyor kimi də çalışıb. Bir çox sferada çalışan aktyorun ən sevdiyi peşə dalğıclıq olub. Gələcək aktyor hətta İngiltərə milli komandasının üzvü olub və beynəlxalq yarışlarda iştirak edib.
Aktyor Ceremi Renner aktyor olmamışdan əvvəl müvəffəqiyyətli bir qrim ustası idi və o, bir çox məşhuru makiyaj edərək, onların stilini tamamilə dəyişib.
Aktyor Kristofer Valken isə karyerasının əvvəlində bir sirkdə işləyib. 15 yaşlı yeniyetmə şirlərin təlimçisi olub.
"Oskar" mükafatına layıq görülən məşhur aktrisa Sandrok Ballok "Vanity Fair" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, o, bir yerdə durmağı sevən qadın deyil. Sandra biznes ilə bağlı fikirlərini daima yeniləyərək, özünü inkşaf etdirir. Məşhurun sözlərinə görə, onun elə uşaqlıqdan dizayn və marketinqə qarşı marağı olub. Məşhur aktrisa Texasda iki restoran açsa da, təəssüf ki, bir müddət sonra onlardan biri bağlanıb. Lakin ikincisi hələ də fəalliyyət göstərməkdədir. Hal-hazırda restoranını genişlədən aktrisa, çörək zavodu və çiçək dükanı da açıb. Əlavə edək ki, 57 yaşlı aktrisanın ailəsi də Sandranın biznes layihələrində ona çox dəstək olurlar .Məsələn, məşhurun bacısı Gezina onun restoranında administrator kimi çalışır və əsasəndə menyunun hazırlanması ilə məşğuldur.
Samirə Tağıyeva, “İki sahil”