"Diamonds Forever" martinisi
Tokyoda yerləşən "The Ritz-Carlton"adlı restoranda "Diamonds Forever" adlı bir martini satılır. Həmin içkinin qiyməti 2.000.000 yen (təxminən 19.000 $) dəyərindədir. Qeyd edək ki, bu içki dünyanın ən bahalı kokteylidir. Bahalı içki soyudulmuş " Absolut Elyx" arağından və nanəli laymdan hazırlanır. Həmin içkinin şüşəsi belə bir karatlıq almazlarla bəzədilib. Bu kokteyl " The Ritz- Carlton" restoranına gələn müştərilər üçün "Diamonds Forever" serenadasının sədaları altında təqdim olunur.
“Shipwrecked 1907 Heidsieck & Co Monopole Champagne”
Dünyanın ən bahalı çaxırıdır. O xüsusi olaraq rus imperatoru II Nikolay üçün hazırlanmışdır. Lakin, 1917-ci ildə çaxırın daşınması həyata keçirən gəmi alman sualtı gəmisi vasitəsilə batırılmışdır. Yalnız 1998-ci ildə çaxır şüşələri fransız sularından çıxarıldı. İndi onların dənəsinin qiyməti 275 000 ABŞ dollarıdır.
“Armand de Brignac Midas”
Bir şüşəsinin dəyəri 215 000 dollara olan “Armand de Brignac” şampanı gizli reseptlə hazırlanıb. Onu bu qədər bahalı edən səbəblərdən biri də içkinin iri qızıl qabda satılmağıdır.
“Henri IV Dudognon Heritage Cognac”
Bu konyakın şüşəsi elə görünür ki, sanki, onu orta əsr qəsrinin zirzəmisindən indicə çıxarıblar. Bu içkinin dadına baxmaq çox az adamın cibinə görədir. Onun bir şüşəsinin dəyəri 2 000 000 dollardır.
"Uinston" kokteyli
7 fevral 2013-cü il tarixində Joel Heffernan tərəfindən Melburnda yerləşən "23 Club" da (Avstraliya kriketçi Şein e Varneforta məxsusdur ) təqdim olunan ən bahalı “Uinston” kokteyli "Ginnesin Rekordlar Kitabı"na daxil edilmişdir. Həmin kokteyl 1858-ci ilə aid "Croiset "konyakından , xüsusi 800 funt sterlinq dəyərində olan "Grand Marnier" və çox nadir tapılan "V.E.P" spirtli içkilərindən hazırlanmışdır.
“Russko – Baltique”
Deyilənlərə görə, dünyada ən bahalı olduğu deyilən arağın boş şüşəsi Danimarkadakı inşaat sahəsində aşkar olunmuşdu.” Russo-Baltique “şirkəti tərəfindən istehsal olunan bu arağın qiyməti 1,3 mln. dollardır. Arağın şüşəsi qızıl və gümüşdən hazırlanıb, onun qapağı brilyantlarla bəzədilib.
Kopenhagen barlarının birinə məxsus içkilər kolleksiyasında sərgilənən araq naməlum şəxs tərəfindən oğurlanmışdı.
"Diamonds Forever"kokteyli
2016-2017 illərdə Nyu -Yorkda yaşayan Endi Goetz" Uncork "adlı bir barın sahib idi. Bu barda dünyanın ən qeyri-adi kokteylərindən biri olan "Diamonds Forever" kokteyli hazırlanırdı. Həmin kokteylin qiyməti təxminən 10 min dollar idi. Sevdiyi insanlara sürpriz etmək istəyən insanlar üçün bu içkinin olduğu stəkana xüsusi brilyantlar ilə bəzədilmiş nişan üzüyü qoyulurdu. Üzüyü düzəltmək üçün üç gün əvvəlcədən sifariş etmək lazım idi.
“Tequila Ley .925”
Bu tekila dünyanın ən bahalı içkisidir. Onun qiymətini artıran səbəblərdən biri də şüşəsinin 6000 brilyant qaşla bəzədilməsidir. Ümumilikdə isə bu içkinin bir şüşəsinin dəyəri 3 500 000 dollardır. Olduqca yüksək qiymətinə görə hələ heç kim onu almağa cəsarət etmir.
Qayanın üstündəki martini
"Algonquin Hotel" Nyu-Yorkun ən tarixi yerlərindən biridir və 2019-cu ilə qədər burada qeyri-adi martini sifariş etmək mümkün idi. Həmin romantik içkini 3 gün qabaqcadan sifariş vermək lazım idi. Dəyərli almazlar ilə bəzədilən bu kokteyl adətən bir nişan və ya evlilik ildönümünün qeyd edilməsi üşün sifariş edilirdi. Kokteyl 2005-ci ildə " Quinn" agentliyi tərəfindən Karla Kaccavale və baş meneceri Entoni Melçiorri tərəfindən kəşf olunmuşdu.
"O" adlı şampan
Las Vegasda məşhur olan Enkore Vayn tərəfindən hazırlanan "O" şampan kokteylinin qiyməti təxminən 10.000 dollardır. "O" kokteyli,həmçinin təzə portağal suyu, ərik suyu, gül nektarı ilə qarışdırılır. Qonaqlara hədiyyə olaraq bu kokteyl 18K qızıl boyunbağıya bənzəyən dəyərli daşlar ilə bəzədilmiş bir stəkanda təqdim olunur.
“Croizet Cognac” konyakı
Konyak 1858-ci ilin yeganə məhsulundan hazırlanıb. Bu konyak bütün dünyada mütəxəssislər və kolleksiyaçılar tərəfindən yüksək dəyərləndirilir. Bir şüşəsinin qiyməti 150 000 dollardır.
Samirə Tağıyeva, “İki sahil”