30 aprel 2022 00:37
1211

Çində şəhər içində şəhər

İki milyon kvadratkilometr sahəyə malik “Net City” Tencent Şenzhen şəhərində tikilir. Yeni şəhərin əsas özəlliyi yol kommunikasiyasının, eləcə də müasir enerjiyə qənaət edən texnologiyaların olmaması olacaq.

“Net City” təxminən Monakonun böyüklüyünə malikdir. Şəhərdə ofis mərkəzi, yaşayış massivi, məktəblər, mağazalar və digər zəruri infrastruktur olacaq. Şəhərdə binaların mərtəbələrinin sayı bir mərtəbədən 30 mərtəbəyə qədər dəyişəcək. Yaşayış binaları üçün ən əlverişli panoramaların yaradılması, eləcə də şəhər daxilində sektorların kölgə salması,həmçinin “ağıllı” sistem yaratmaq üçün binalar ciddi plan əsasında ucaldılır.

Nəqliyyat rabitəsi yeraltı səviyyədə yerləşəcək. Səthdə yaşıllıq zolaqları, velosiped yolları üçün yerlər, həmçinin piyada yolları var.   Şəhərdə metro və bərə xidməti tikilir.

Bütün evlər fotovoltaik panellər, havanın vəziyyətini izləyən sensorlar ilə təchiz ediləcək. Sahil boyu manqrov ağacları əkiləcək. Bütün kanalizasiya drenajları çoxmərhələli təmizləməyə quraşdırılacaq.

Şəhərin özəlliyi maksimum ekoloji təmizlik və təhlükəsizlik olacaq.

Layihənin 7 il ərzində başa çatdırılması planlaşdırılır. Tikintinin birinci mərhələsi 2022-ci ilin sonuna kimi tamamlanacaq.

Nubar Süleymanova, “İki sahil”