26 aprel 2022 11:45
2307

Dünyanın ən yaşlı insanı indi odur - FOTO

Bu həftə dünyasını dəyişən ən yaşlı insan Kane Tanakanı 1904-cü ilin fevralında Fransada anadan olan və rahibə Andre kimi tanınan 118 yaşlı Lucile Randon əvəz edib.

118 yaşlı fransız rahibə Kane Tanakanın ölümündən sonra dünyanın ən yaşlı insanı statusuna sahib olub. Lucile Randon 11 fevral 1904-cü ildə anadan olub.

O, iki dünya müharibəsi, 18 Fransa prezidenti, Vişi rejiminin yüksəlişini, süqutunu və 24 Britaniya baş naziri görüb.

Xatırladaq ki, əvvəlki rekordçu Tanaka aprelin 19-da 119 yaşında Yaponiyada vəfat edib.

Lucile Randon qaldığı qocalar evində COVID-19-a yoluxmasına baxmayaraq, 118 yaşını təcrid olunmuş şəkildə qeyd edib.

Yaşlılığını etiraf edərək zarafat etməyə də laqeyd qalmayan rahibə “bu həyat məsələsindən çəkilməyi düşünürəm, amma məni istəmirlər” deyib. Əvvəlki açıqlamasında ölməkdən qorxmadığını deyən rahibə "sizinlə birlikdə olmaqdan xoşbəxtəm, amma qardaşıma, babama və nənəmə qovuşmaq üçün başqa yerdə olmaq istərdim" deyə bildirib.

Qocalar evinin sözçüsü David Tavella, rahibə Andrenin çox şanslı olduğunu və xəstəlikdən qorxmadığını söyləyib.

Qeyd edək ki, gözdən əlil olan və əlil arabasından istifadə edən rahibə hazırda Avropanın ən yaşlı insanıdır. Tanakanın ölümü ilə o, rəsmi olaraq dünyanın ən yaşlı insanı elan edilib.

Vüsal Cahanov, “İki sahil”