25 aprel 2022 23:46
996

İqlim xaosu artdıqca…

Avropa İttifaqının iqlim monitorinqi xidmətinin cümə günü verdiyi məlumata görə, Avropa 2021-ci ildə ən isti gündən və ən isti yaydan tutmuş dəhşətli meşə yanğınları və daşqınlara qədər rekord dərəcədə ekstremal hava şəraitinə şahidlik edib.

“Keçən il Yerin səthi sənayedən əvvəlki səviyyələrdən təxminən 1,2 dərəcə Selsi (2 dərəcə Fahrenheit) daha isti olsa da, Avropada orta hesabla 2 dərəcədən çox artım müşahidə edildi, bu, həddi aşan təhlükəli ekstremal hava hadisələrinin tez-tez və intensive baş verməsinə səbəb olur”,-deyə Kopernik İqlim Dəyişiklik Xidməti (C3S) bildirib.

Qeyd edək ki, ən isti yay da Aralıq dənizi hövzəsi boyunca həftələrlə davam edən isti dalğası və Avropada indiyə qədər qeydə alınan ən isti gün, İtaliyanın Siciliya adasında 48,8 dərəcə Selsi (120 dərəcə Fahrenheit) müşahidə olunub.

Yunanıstanda yüksək temperatur baş nazirin ölkədə "son onilliklərin ən böyük ekoloji fəlakəti" kimi təsvir etdiyi ölümcül meşə yanğınlarına səbəb oldu.

Ölkədə 8000 kvadratkilometrdən çox ərazidə meşələr və evlər yandı. Almaniya üzərində yavaş hərəkət edən, aşağı təzyiqli hava isə iyulun ortalarında bir gündə ən çox yağışın düşməsi rekordunu yenilədi.

Baltik dənizinin bir hissəsində səth sularının temperaturu orta səviyyədən 5 dərəcədən artıq yüksək olduğu üçün leysan daha bir misli görünməmiş ekstremal hava şəraitinə yol açdı.

Almaniya və Belçikada şiddətli yağışın səbəb olduğu daşqınlar - ekspertlər tərəfindən nəzərdən keçirilmiş araşdırmalara görə, iqlim dəyişikliyi gücləndikcə daha çox ehtimal olunur . Bu daşqınlar çox sayda insanı öldürdü və milyardlarla avro ziyana səbəb oldu.

Aİ iqlim monitoru xəbərdarlıq edib ki, iqlim istiləşməyə davam etdikcə bu miqyasda daşqınlar daha tez-tez baş verəcək.

"2021-ci il Avropanın ən isti yayı, Aralıq dənizində isti dalğalar, Qərbi Avropada daşqınlar və külək quraqlıqları da daxil olmaqla ekstremal hadisələr ili oldu. Bu onu göstərir ki, hava və iqlim ekstremallarının anlaşılması cəmiyyətin əsas sektorları üçün getdikcə aktuallaşır”,-deyə “C3S”in direktoru Karlo Buontempo bildirib.

Vaxt tükənir

“C3S”in illik hesabatının beşinci buraxılışında, həmçinin 19-cu əsrin göstəricisindən 3 dərəcə yuxarı - qlobal orta göstəricidən təxminən üç dəfə çox istiləşən Arktikada ekstremal hava şəraiti ətraflı təsvir edilmişdir.

Təkcə Şərqi Sibirdə baş verən Arktika meşə yanğınlarının karbon tullantıları 16 milyon tondan çox karbon qazı təşkil edib ki, bu da Boliviya böyüklükdə bir ölkənin ümumi illik karbon çirklənməsinə bərabərdir.

Qərbi Antarktida buz təbəqəsi ilə birlikdə dəniz səviyyəsinin qalxmasının əsas səbəbinə çevrilən Qrenlandiyanın buz təbəqəsi 2021-ci ildə təxminən 400 milyard ton həcmdə çöküb.

Dünyanın buz təbəqələrinin parçalanma tempi son 30 ildə üç dəfədən çox artıb.

Bu hesabat iqlimlə bağlı artıq baş verən ekstremal hadisələrə qarşı hərəkətə keçməyin təcili zəruriliyini vurğulayır.

Nubar Süleymanova, “İki sahil”