SOCAR sosial şəbəkə səhifəsində neftçilərimiz haqqında paylaşım edib.
“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, ABŞ-da “Okean ulduzu” Dəniz qazma qurğusu muzeyi və Təhsil Mərkəzi fəaliyyət göstərir: “Burda Qərbin görkəmli mütəxəssislərilə yanaşı, azərbaycanlı geoloq Ağa Qurban Əliyev və qazma mütəxəssisi Yusif Səfərov haqqında məlumatların yer alması qürurvericidir.”