20 aprel 2022 20:34
1056

Kişilər də rəngli dırnaqlarla gəzsə...

Son zamanlar kişilərin fiziki görünüşlərinə daha çox diqqət yetirməsi halları müşahidə edilir. Gözlənilməz olsa da bu sırada dırnaqlar da istisna deyil.

Əslində kişilər üçün boyalı dırnaqlar yeni bir hal deyil. Qara lakın həm qızlar, həm də oğlanlar tərəfindən geniş şəkildə istifadə edildiyi gənclik subkulturalarını (emo, punks və s.) xatırlaya bilərik. Rok musiqisi ifaçıları da həmişə qara boyalı dırnaqlarla gəziblər. Buna görə də deyə bilərik ki, bu dəb  təxminən 30-40 il əvvəl ortaya çıxıb.

Ümumiyyətlə, kişi maniküründən danışırıqsa, o zaman qədim Babil döyüşçülərini və qədim Misir fironlarını misal çəkmək lazımdır. Həmin vaxtlar bəziləri dırnaqlarını və qaşlarını sürmə ilə örtür, bəziləri həmişə əllərinə baxırdılar ki, dəri yumşaq, dırnaqlar düz olsun. Viktoriya dövründə təkcə qadınlar deyil, kişilər də öz görünüşlərinə, o cümlədən dırnaqlarına diqqət yetirirmişlər.

Rəngli dırnaqları aktyorlar, musiqiçilər, dizaynerlər, modellərdə də görə bilərik. Məsələn, 2016-cı ildə sosial şəbəkələrdə #PolishedMan heşteqi ilə məşhurların - Kris və Liam Hemsvort, Zak Efron, Deandre Cordan, Ceyms Marsden, Tayler Blekbern və başqalarının fotolar görünməyə başlayıb. Dünyanın hər yerindən məşhur şəxsiyyətlərə çoxlu sayda kişi qoşulub.

2019-2020-ci illərdə rep sənətçiləri- A$AP Rocky, Jaden Smith, Young Thug, Bad Bunny parlaq dırnaqları ilə diqqət mərkəzində olublar. Onlar üçün bu, rəngli saçlar kimi özünü ifadə etməyin başqa bir yoludur. Manikür dizaynı sadə (ifadələr, gözlər, nöqtələr, yazılar) və mürəkkəb (mücərrəd naxışlar, rəssamların məşhur rəsmlərinin şərhləri) formaları ilə seçilir. Yalnız mesaj dəyişməz olaraq qalır: istənilən kişi rəngli dırnaqlarla gəzə bilər və buna görə onu qınamaq və onu bir qadınla müqayisə etmək üçün heç bir səbəb yoxdur. Rəngli saçlar artıq norma hesab olunursa, o zaman bu yeni trend də zamanla adi hal olacaq.

Aysel Bayramova

(Mənbə: https://stakanchik.media/article/muzhskoj-manikyur-novyj-trend-na-czvetnye-nogti)