"Tesla" və "SpaceX"in yaradıcısı İlon Mask 2020-ci ildə tviterdə yazdığı statusda bütün mülklərini satmaq qərarına gəldiyini yazıb.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, Mask yeni müsahibəsində arzusunu gerçəkləşdirdiyini bildirib. O qeyd edib ki, şəxsi imkanlarına milyardlar xərcləməyə öyrəşməyib.
"Forbes"də zənginlər siyahısına birincilik edən milyarder hazırda daimi yaşayış yerinin olmadığını deyib: "Daimi evim yoxdur. Dostlarımın yanında qalıram. Bölgələrə işlə bağlı gedəndə dostlarımın evində əlavə çarpayı axtarıram".
Biznesmen özünə icazə verdiyi yeganə dəbdəbənin şəxsi təyyarəsi olduğunu açıqlayıb. "Zamanıma qənaət edir və daha çox çalışıram" deyə, mask əlavə edib.
Qeyd edək ki, ötən ay İlonun sevgilisi müğənni Qrayms onun qəribə vərdişlərindən danışıb. O bildirib ki, İlonla kasıb həyat yaşayıblar.