Məşhur müğənni Nigar Camal kökəlməmək üçün ciddi səy göstərdiyini və pəhrizlərdən bezdiyini bildirib.
“İki sahil” xəbər verir ki, sosial şəbəkə hesabında yeni fotolar paylaşan müğənni pəhrizə dair rus dilində şeir də yazıb.
Onun paylaşdığı qeyri-adi şeir qısa müddətdə müzakirəyə səbəb olub.
Qeyd edək ki, Azərbaycanda qeyri-adi şeirləri ilə Əməkdar artist Elza Seyidcahan məşhurdur.
Nigarın paylaşdığı sözügedən şeiri təqdim edirik:
“Pəhriz xatırlayıram
Yataqda, hamamda, tualetdə,
Terapevtin qəbulunda,
Yenə qapının ağzında ilişib,
Həmişə, hər yerdə və hər yerdə...
Özüm yeyirdim,yedim, yeyəcəm...”