19 aprel 2022 14:00
1080

Səhər yeməyini 7-dən tez yesəniz... - FOTO

ABŞ-da aparılan araşdırmalara görə, sağlam qidalanma ömrü 10 il uzadır. Bunun ən vacib şərti isə səhər 7:00-dan əvvəl qidalanmaqdır.

ABŞ-ın Nyu-York şəhər universitetinin alimləri 40 yaşdan yuxarı 34 min insanı illər boyu izləyiblər. Onların yemək vaxtı mütəmadi olaraq qeyd edilib və qidalanma vərdişləri ilə ömür uzunluğu arasında əlaqə yaradılıb. Nüfuzlu elm jurnalı “The Lancet”də dərc olunan bu təəccüblü araşdırmadan öyrənilməli olan həyati dərslər isə bunlardır:

 Günün ən vacib yeməyi səhər yeməyidir. Bunun üçün ən dəqiq zaman sübh vaxtıdır. Səhər saat 6:00-7:00 arasında qidalananların ürək xəstəliyi və xərçəng kimi xəstəliklərdən erkən ölmə riski səhər 8:00-də yeyənlərə nisbətən 12 faiz azdır. Səhər yeməyini gec yeyənlərin orqanizmi isə tədricən daha az insulin istehsal edir, qan şəkəri isə yüksəlir.

Gec yemək peşmanlıqdır

Səhər yeməyini gec yeyənlərin şəkərli diabet, piylənmə, xolesterin, ürək-damar xəstəlikləri riski artır. Səhər yeməyi üçün saat 10:00-a qədər gözləmək vaxtından əvvəl ölüm riskini artırır. Sağlam qidalanan və əlavə şəkərdən uzaq duran orta yaşlı insanlar 6-7 il, gənclər isə 10 il daha çox yaşayırlar.

Qeyd edək ki, sağlam qidalanmaq üçün səhər yeməyində şəkərli və dondurulmuş qidalardan, bişmiş məhsullardan uzaq durmaq lazımdır. Meyvə, tərəvəz, fındıq, Omeqa-3 yağı və aşağı natriumlu qidalar vaxtından əvvəl ölüm riskinin qarşısının alınmasında mühüm rol oynayır.

Balanslı səhər yeməyi niyə əhəmiyyətlidir?

 Diyetoloq Sarah Elder bildirir ki, vücudumuz gecə ərzində enerji resurslarından istifadə edir: “Balanslaşdırılmış səhər yeməyi enerjimizi və gecə ərzində istifadə olunan protein və kalsium miqdarını artırmağa kömək edir."

Vüsal Cahanov, “İki sahil”