15 aprel 2022 13:57
1214

Makiyaj fırçalarındakı təhlükə FOTO

Saç transplantasiyası və dermatologiya üzrə ixtisaslaşan İngiltərənin Aventus klinikasının həkimləri kosmetik vasitələrin tətbiqi üçün istifadə olunan alətlərin təhlükəli olduğunu açıqlayıblar. Müvafiq material "Daily Mail"in nəşrində dərc edilib.

Mütəxəssislər 12 ədəd makiyaj fırçasını mikroskop altında yoxlayıb və onların 11-nin tualet oturacaqlarından daha çirkli olduğunu müəyyən ediblər.

Belə ki, onların üzərində kif, göbələk və bakteriya aşkar olunub. Bundan əlavə, klinikanın əməkdaşları dodaq parıldadıcılarını da sınaqdan keçirib. Onların hər birində 4364 maya və bakteriya koloniyası olduğu üzə çıxıb.

"Hətta ilk istifadədən sonra belə makiyaj fırçasının üzərində patogen koloniyalar formalaşır. Gündəlik istifadə ilə makiyaj alətləri kir, yağ və ölü dəri hüceyrələrini özündə toplayır. Bu da dəridə səpgilərin yaranmasına şərait yaradır. Çirklənmiş fırça gözə girərsə, bu, infeksiyalara və ya allergik reaksiyalara səbəb ola bilər, lakin həftəlik təmizlik proseduru ilə bunun qarşısını almaq olar” , - deyə Dr.Suhail Alam bildirib.

Nərmin Nərimanova