15 aprel 2022 13:38
1293

Havanı suya çevirirlər

Texnologiyanın bu qədər inkişaf etməsinə baxmayaraq bir çox insan içməli suya çıxışı olmadan yaşamağa davam edir. Planetin müxtəlif yerlərində, məsələn, Əlcəzair, Misir, Liviya, Namibiya, Peru, Sudan, Çili və okeanlardakı kiçik adalarda quraq yerlər var. On ildən artıqdır ki, alimlər günəş işığından konsentratorlar hazırlayır. Hansıların ki, sayəsində məsaməli nanohissəciklərindən su buxarını əldə etmək olur. Bəs kiçik və sadə bir maddədən istifadə edərək havadan su əldə edilsə nə olar?

Bəşəriyyətin ən son belə ixtiraları arasında Günəş panelinə tətbiq olunarsa, quru havadan suyu çıxarmağa qadir olan hidrogel yer alır. Onun yaradıcıları, Tuvaldakı (Səudiyyə Ərəbistanı) Kral Abdulla Elm və Texnologiya Universitetinin əməkdaşları öz işlərini "Cell Reports Physical Science" jurnalında dərc ediblər. "Hidrogel tullantı istilik enerjisindən istifadə edərək havadan su çıxarmağa imkan yaradacaq" deyə professor Vanq Penq bildirib.

Hidrojeldə qismən maye ilə doldurulmuş bir çox boşluq var və hava buxarını aktiv şəkildə udmaq qabiliyyətinə malikdir. Beləliklə, o, yalnız suyun istehsalına töhfə vermir, həm də günəş panellərini qoruya və soyuda bilər. Şirin su olmadan bir insan orta hesabla təxminən 10- 14 gün yaşaya bilər. Ancaq söhbət cızırdayan Günəş altında susuz qalan insandan gedirsə, bu rəqəmləri dəfələrlə bölməliyik. Buna görə də elm adamları hesab edirlər ki, onların ixtira etdiyi hidrogel səhralarda və çöllərdə itmiş səyahətçilər üçün həyati önəm daşıyır. Beləliklə, havadan suyun əldə edilməsi tezliklə sadəcə maraqlı bir kəşfdən ibarət olmaya və zərurətə çevrilə bilər. Alimlər bunu nəzərə alaraq yeni yollar tapmağa çalışır.

Nərmin Nərimanova