14 aprel 2022 18:27
861

Hyu Cekman ukraynalı qaçqın oğlanın çəkdiyi fotonu paylaşdı - FOTO

Hollivud aktyoru Hyu Cekman Ukraynadakı hərbi əməliyyatlar səbəbindən ölkəsindən qaçqın düşmüş ukraynalı oğlanla görüntülü danışıb.

“İki sahil” xəbər verir ki, aktyor instaqram hesabında balaca oğlanın onun üçün çəkdiyi şəkli və videobağlantıdan olan görüntüləri paylaşıb.

"Yeni (çox cəsur) dostum Kostyaya salam deyin. Onun 7 yaşı var. Bir neçə saat əvvəl o, Ukraynadakı evindən qaçdıqdan sonra Rumıniyadakı UNICEF-in Mavi Nöqtə mərkəzinə gəlib. O, "Wolverine"nin bu şəklini çəkib. Oxşarlıq bənzərsizdir, sizcə də elə deyil?" deyə, Cekman, yazıb.

Xatırladaq ki, daha əvvəl Hollivud ulduzu Ancelina Coli İtaliyanın paytaxtı Romada qaçqın düşən ukraynalı uşaqların müalicə olunduğu xəstəxanaya getmişdi.

Qeyd edək ki, "Wolverine H.Cekmanı məşhurlaşdıran obrazlarından biridir.