14 aprel 2022 17:30
1645

Gecələr hansı qidaları qəbul etmək olar?

Biz çox yaxşı bilirik ki, gecə yemək yemək orqanizmimizə fayda gətirmir. Ancaq bəzən iştahımız bizə qalib gəlir və yatmazdan öncə yediyimiz yeməklərə görə, gecə yuxuya getməkdə çətinlik çəkirik. Lakin çox vaxt aclıq hissi də normal yuxuya getməyimizə mane olur.  Bu zaman bəzi atışmalar var ki,onlar bizə kömək edə bilər.

Pendir

Yatmazdan öncə bir neçə dilim pendir yesəniz aclıq hissiniz aradan qalxar. Bir neçə dilim  sərt pendir həzm prosesini çətinləşdirməyəcək.

Qatıq

Qatıq bir qəlyanaltı kimi mükəmməldir, çünki tərkibində protein və minimum yağ var. Qatıqda olan zülallar doyumluluq hissi verir. həmçinin  bədənin daha çox kalori yandırmasına səbəb olacaq. Həmçinin  bu ərzaq həm də səhhətiniz üçün çox faydalı olacaq.

Popkorn

Popkornun (yağlar və duz olmadan )qəlyanaltı kimi bədəninizə yan təsiri yoxdur. Üzərinə sarımsaq  və ya qara bibər əlavə etsəniz popkornu daha dadlı edə bilərsiniz. Təəccüblənməyin , həqiqətən də gecə popkorn yeyə bilərsiniz.

Giləmeyvələr

Giləmeyvələr antioksidantlarla zəngindir. Bu məhsul ürək-damar və gözlər üçün çox faydalıdır. Giləmeyvələri yağsız yoqurta qatıb yesəniz gecə rahat yata   bilərsiniz.

Tərəvəzlər

Gecələr aclıq hissi ilə oyanırsınızsa o zaman özünüzə əvvəlcədən  tərəvəzlərdən ibarət olan salat düzəldə bilərsiniz. Yaşıl tərəvəzlər, kök yemək orqanizminizə ziyan olmaz. Kök beta karotinlə zəngindir və siz onu qəbul edərkən sanki A vitamini qəbul etmiş olursunuz. Gecə bir az çəkilmiş kökün üzərinə qatıq və ya xama qatıb yesəniz həzmlə bağlı probleminiz olmaz.

Alma püresi

Əgər axşamlar həqiqətən sirniyyatlardan dadmağa can atırsınızsa, onda özünüzə alma püresi hazırlayın. Bu,  şirniyyata olan tələbatınızı azaldar, iştaha və yuxusuzluğa səbəb olan oreksinin də səviyyəsini azaldar.1-2 almadan düzələn pürə nə çəkinizi artırar, nə yuxunuza təsir edər, həmçinin gün ərzində mikroelementlər normasını da ala bilərsiniz.

Banan

Əslində biz tam əksini eşitmiş olsaq da, banan tez həzm olunan bir meyvədir. Bananın tərkibində rahat yuxunu sizə təmin edən çox sayda maqnezium və kalium var. Həmçinin tərkibində əvəzolunmaz “yuxu hormonu” melatonin də çoxdur.

Albalı şirəsi

Təbii albalı şirəsi dedikdə bu sağlam içkinin yalnız faydalı tərəfləri haqqında düşünürük. Bu şirəni axşamlar içsək, bizi aclıq hissindən azad edər.

Çərəzlər

Ən faydalı çərəzlərdən olan qara gavalı və kişmiş həzm prosesini yaxşılaşdırır. Gecə acdığınızda, bir neçə ədəd gavalı və yaxud kişmiş yesəniz bundan heç əziyyət çəkməyəcəksiniz və rahat  yatacaqsınız.

Samirə Tağıyeva, “İki sahil”