14 aprel 2022 02:17
903

Siqaret çəkənlər xərçəng olmur?

Albert Eynşteyn adına Tibb Kollecinin alimləri ağciyər xərçənginin uzun illər siqaret çəkən insanların niyə heç birində aşkar edilmədiyini izah edə biliblər.

Araşdırmaya görə, siqaret çəkənlərin bəzilərinin orqanizmində genetik mutasiyaları məhdudlaşdıran xüsusi mexanizmlər yaranır.

Beləliklə, tədqiqatçılar siqaretin mutasiyalar sayəsində ağciyər xərçənginə tutulma riskini artırdığını sübut edə biliblər. Qeydlərə əsasən, ömür boyu siqaret çəkənlərin xərçəngə tutulma riski, heç çəkməyənlərə nisbətən 10-20 faiz çoxdur. Bundan əlavə, onlar aşkar ediblər ki, ağciyər hüceyrələrində baş verən hüceyrə mutasiyalarının sayı uzun illər siqaret çəkdikcə çoxalır və bu da ağciyər xərçənginin inkişaf riskini artırır. Ancaq 23 il boyunca hər gün bir qutu siqaret çəkən insanın hüceyrə mutasiyalarının böyüməsi artıq dayanır.

Nərmin Nərimanova