Sağlamlığın yediklərimizlə birbaşa bağlı olduğunu bilirdinizmi? Alimlər, dietoloqlar bildirirlər ki, dərinin, saçın vəziyyəti, daxili orqanlarımız belə, hətta əhvalımızın nə yediyimizdən asılıdır. Bəs nə yeyilməlidir?
Yulaf əzməsi
Təəccüblü deyil ki, ingilislər səhərlər yulaf əzməsi yeməyə üstünlük verirlər. Onlar bu ənənəni çoxdan intuitiv şəkildə inkişaf etdiriblər. Məlum olub ki, bu qida günün əvvəlində lazım olan enerji və orqanizmə canlılıq verir. Bu xüsusiyyət yulaf əzməsinə karbohidratlar tərəfindən verilir.
Hinduşka əti
Qovrulmuş və ya sadəcə qaynadılmış hinduşka əti təkcə əhval-ruhiyyəni yaxşılaşdırmır, həm də yuxusuzluğu aradan qaldırmağa kömək edir. Bədənə bu təsiri hinduşka ətinin tərkibində olan və yaxşı əhval-ruhiyyə hormonunun istehsalında iştirak edən maddələr tərəfindən verilir.
İspanaq yarpaqları
Yarpaqlı tərəvəzlər orqanizmi vitaminlərlə qidalandırmaq üçün faydalıdır. Onların arasında ispanaq xüsusi yer tutur.
Günəbaxan tumu
Bəli, təəccüblü deyil ki, çoxlarının sevdiyi toxumlar beynimizi yağ turşuları ilə məsələn, Omeqa 3 ilə təmin edir. Siz onları nəinki çırtlayıb yeyə, həm də istənilən yeməklərə əlavə edə bilərsiniz.
Midye
Dəniz məhsulları uzun müddətdir faydalı xüsusiyyətləri ilə tanınır. Midye də istisna deyil: onlar B12 vitamini və uzunmüddətli yaddaşın qorunması üçün lazım olan minerallarla zəngindir. Onların tərkibində əhval-ruhiyyəni yaxşılaşdıran maddələr də var.
Banan
Kalium banan sayəsində orqanizmə daxil olur. Onun çatışmazlığı depressiyaya və apatiyaya səbəb ola bilər.
Şokolad
Əsasən tünd olan şokoladlar nəzərdə tutulur. Şokoladın bir parçasının endorfinlərin - xoşbəxtlik hormonunun istehsalını stimullaşdırdığı çoxdan məlumdur.
Aysel Bayramova
(Mənbə: https://stakanchik.media/article/produkti-podnimajuschie-nastroenie)