13 aprel 2022 21:57
900

2022-ci ilin ən məşhur kompyuterlərinin adı açıqlanıb

2022-ci ilin birinci rübünün nəticələrinə görə, dünyada bir il əvvəllə müqayisədə daha az kompüter satılıb. “IDC” analitikləri bu qənaətə gəliblər.

2022-ci ilin yanvar-mart ayları ərzində dünya üzrə satıcılar 80,5 milyon ədəd komputer satışı həyata keçiriblər, 2021-ci ildə bu rəqəm 84,8 milyon olub. Lakin analitiklər hesab edirlər ki, bu, həm də çoxsaylı qlobal problemlərlə müşayiət olunan logistika və təchizat zəncirinin bərbad vəziyyətdə olduğu sənaye üçün yaxşı nəticədir.

Dünya bazarının ən böyük tədarükçüsü yanvar-mart ayları ərzində 18,3 milyon ədəd kompüter avadanlığı ilə Çinin Lenovo korporasiyası olub. İstehsalçı qlobal ehtiyacın 22,7 %-ni təmin edib. HP müvafiq olaraq, 15,8 milyon ədəd sayla (19,7 % ilə) ikinci, Dell isə üçüncüdür (13,7 milyon-17 %).

“Apple” məhsulları populyar olsa da, “Cupertino” bazarda 9 % ilə 7,2 milyon kompüter satışı həyata keçirə bilib. “Asus” və “Acer” demək olar ki, eyni  yerdə qərarlaşıb- müvafiq olaraq 5,5 və 5,4 milyon cihaz.

Nubar Süleymanova, “İki sahil”