13 aprel 2022 11:18
804

Kıvanç Tatlıtuğun eynəyi 25 minə satıldı

Türkiyəli aktyor Kıvanç Tatlıtuğun küçə heyvanları adından "Göktürk Heyvansevərlər Dərnəyi"nə hədiyyə etdiyi gün eynəyi hərraca çıxarılıb.

“İki sahil” xəbər verir ki, eynək 25 min lirəyə (təxminən 2 min 912 manat) satılıb. Satışdan əldə olunan gəlir dərnəyin hesabına köçürülüb.

Qeyd edək ki, 1970-ci il istehsalı eyneklərin qiyməti 10 min lirə olub və onlar Kıvançın həyat yoldaşı Başak Tatlıtuğ tərəfindən dərnəyə bağışlanıb.