13 aprel 2022 00:28
1165

İlon Mask Direktorlar Şurasında olmamaq qərarına gəldi - Paraq Agraval

Amerikalı sahibkar, "Tesla" və "Space X" şirkətlərinin rəhbəri, "Twitter" sosial şəbəkəsində pay alan İlon Mask Direktorlar Şurasına daxil olmaq fikrini dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə şirkətin direktoru Paraq Agraval özünün "Twitter" hesabından məlumat verib.

"İlon bizim Direktorlar Şurasında olmamaq qərarına gəldi", - deyə o bildirib.

Maskın "Twitter"in rəhbərləri arasında olacağına dair məlumatlar sahibkarın sosial şəbəkənin səhmlərində pay aldığını elan etməsindən az sonra ortaya çıxmışdı.