Аzərbаycаnın nеft-qаz sənаyеsinin tarixi inkişaf yolu
Аzərbаycаn Respublikasının nеft-qаz sənаyеsi çох əhəmiyyətli tаriхi bir yоl kеçib. Dünyаnın ən qədim nеft-qаz diyаrı kimi tаnınan Azərbaycan dünyа nеft-qаz sənаyеsinin inkişаfınа dаnılmаz töhfələr bəхş еdib. Odlar diyarından süzülən bu təbii sərvət Azərbaycanı dünyada məşəl ölkəsi kimi tanıdıb.
Azərbaycanda təbii qazdan istifadə edilməsinin tarixi XX əsrdən daha əvvələ gedib çıxsa da, qаz təsərrüfаtı öz inkişafını 1920-ci ildən götürür. Qaz sahəsində mərkəzləşdirilmiş idаrəçiliyin təşkili məqsədi ilə 1923-cü ildə «Аznеft» İstеhsаlаt Birliyinin Əmtəə İdаrəsinin nəzdində qаzın hаsilаtı və işlənilməsi üzrə köməkçi şöbə yаrаdılıb. Bununlа dа Аzərbаycаndа qаz təsərrüfаtının təməli qоyulub. 1936-cı ildə «АzQаz» Trеsti, 1958-ci ilin fеvrаl аyındа Аzərbаycаn SSR Kоmmunаl Təsərrüfаtı Nazirliyi nəzdində «Bаşqаz» İdаrəsi, bu İdаrənin strukturu təkmilləşdirilərək ulu öndərimiz Hеydər Əliyеv Azərbaycanın rəhbəri sеçildikdən bir аy sоnrа 1969-cu ilin аvqust аyındа Hökumət yаnındа «Bаşqаz» İdаrəsinə çеvrilib. 1983-cü ildə «Bаşqаz» İdаrəsinin bаzаsındа Dövlət Qаzlаşdırmа Kоmitəsi yаrаnıb. Bu Kоmitə 1989-cu ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinə birləşdirilib. SSRİ-nin süqutundаn sоnrа - 1992-ci ildə Аzərbаycаn Dövlət Yаnаcаq Kоmitəsinin, «Аzəriqаznəql» İstеhsаlаt Birliyinin və Аzərbаysаn Еlmi-Tədqiqаt Lаyihə İnstitutunun bаzаsındа «Аzəriqаz» Dövlət Şirkəti,1996-cı ildə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yаrаdılıb, 2009-cu ilin iyul аyındа Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin nеft və qаz sənаyеsinin idаrəеtmə mехаnizmlərinin təkmilləşdirilməsi hаqqındа Sərəncаmı ilə «Аzəriqаz» Qаpаlı Səhmdаr Cəmiyyəti yеnidən təşkil оlunаrаq АRDNŞ-nin tərkibinə vеrilmiş və hal-hazırda SOCAR-ın tərkibində öz fəаliyyətini «Аzəriqаz» İstеhsаlаt Birliyi kimi dаvаm еtdirir. İstehsalat Birliyi Azərbaycan Respublikası ərazisində təbii qazı təchizat nöqtələrindən qəbul edərək, paylanması və satışını həyata keçirir.
Dünyaya süzülən enerji damarları
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən – “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilən və 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum boru xətti, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışının keçirilməsi, 2018-ci ildə istismara verilən Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa Birliyində bir neçə kəmərlə əlaqələndirən Trans-Anadolu qaz boru kəməri qaz sənayesinin inkişafında atılmış çox mühüm addımlardır. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsində bu gün Azərbaycan qazı mühüm mənbələrdən birinə çevrilib. 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi isə ölkə başçısının da qeyd etdiyi kimi, “yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir.”
"Azəriqazın" qaz sayğacları siyasəti
Bu gün “Azəriqaz” İstehsalat Birliyi ölkəmizin bütün regionlarını əhatə edən 2.1 milyondan çox istehlakçını təbii qazla təmin edir. Təbii qazın təmin edilməsi prosesi ilə yanaşı, qaz sayğacının quraşdırılması da həyata keçirilir.
3 tip qaz sayğacları mövcuddur:
1. Elektron – Qurulması asan olan bu sayğaclar kiçik ölçülü, səs-küysüz işləyən və göstəricisi həmişə dəqiq olan sayğac tipidir. Bu sayğac uzun müddət və keyfiyyətlə xidmət edir.
2. Rotor – Bu qaz sayğaclarıın yeganə üstünlüyü dəzgahının kiçik olmasıdır. Çatışmazlığı isə şüşəsi zədələnərsə qaz sızmasına səbəb ola bilməsidir. Hər iki ildən bir yoxlanılması aparılan bu tipli sayğacların xidmət müddəti çıx qısa, göstəriciləri qeyri-dəqiqdir. Sayğac, eyni zamanda yüksək səslidir. Bu tip sayğaclar təhlükəsiz deyil.
3. Membran – İstismar müddəti ən yüksək - 30 il olan sayğac tipidir. Bu cür sayğacların korpusu qapalı və möhkəmdir və yüksək temperaturlara dözür. Buna görə də təhlükəsizdir. Membran sayğacı zəif keyfiyyətli qazın daxil olmasına tab gətirir. Dizaynı da çox sadədir. Çatışmazlığı isə böyük ölçüyə və yüksək səsə malik olmasıdır. “Azəriqaz” İB-nin qaz sayğacları siyasəti - qaz sayğaclarının quraşdırılması, istismara qəbul edilməsi, qeydiyyata alınması, Dövlət yoxlamasından keçirilməsi “Qaz təchizatı haqqında” Qanuna, qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydalarına və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun yerinə yetirilir. Sayğaclar layihə-smeta sənədləri əsasında çəkilmiş və müvafiq qaydada istismara verilmiş daşıyıcı qaz xətlərinin üzərində quraşdırılır. Qaz xətlərinin üzərində yalnız Ölçü Vasitələrinin Dövlət Reyestrinə daxil olan və müvafiq qaydada Dövlət yoxlamasından keçirilmiş sayğaclar quraşdırılır. Mənzillərdə (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirlməsi işləri isə “Azəriqaz” İB-nın Təmir tikinti idarəsi tərəfindən yerinə yetirilir. Hər hansı bir abonent və ya şəxs tərəfindən özbaşına mənzilinin qaz xətti üzərində sayğac quraşdırılması və istismara qəbul edilmiş mövcud sayğacın açılması qəti qadağandır.
Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin (AİBNDA) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
2019-cu ilə qədər Azərbaycanda əsasən smart tipli sayğacların quraşdırılması daha geniş vüsət aldı. Lakin 2019-cu ildən başlayaraq smart kart tipli sayğaclar artıq bütün dünyada bazardan çıxır. Artıq qaz satışı həyata keçirən müəssisələrin heç birində onlar yoxdur. Avropanın özündə bu gün adi mexaniki tipli sayğaclardan istifadə olunur. Adətən smart kart tipli sayğaclar abonentin ödənişi həyata keçirə bilmədiyi zaman quraşdırılır. Azərbaycanda isə abonentlərin ödəniş səviyyəsi çox yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə yığım səviyyəsi 100%-in üzərindədir.
Əslində Birlik maliyyə imkanlarını nəzərə alaraq İTRON GALLUS şirkətindən smart-kart tipli sayğacların alışını azaldıb. “Azəriqaz” İB belə hesab edir ki, bu cür addım təşkilatın maliyyə resurslarını daha səmərəli istifadə etməyə və digər vacib istiqamətlərdə lazımi işləri görməyə imkan yaradacaq. Digər tərəfdən smart-kart tipli sayğacların quraşdırılması bundan sonra da davam etdiriləcək. Məsələn, Mənzil Tikinti Kooperativlərinin (MTK) inşa etdiyi çoxmərtəbəli binalarda sayğaclar daxildə (çöl eyvanlarda) olduğu üçün mexaniki sayğac quraşdırılmır, çünki bu, sərfiyyatın qeydiyyatı üçün çətinlik yaradır. Ona görə də belə tikililərdə smart-kart tipli sayğaclar həm quraşdırılacaq, həm də nasazlıq zamanı, eləcə də yoxlama vaxtı çatarkən eyni markalı sayğaclarla əvəzlənəcək. Smart tipli sayğaclardan fərqli olaraq son illərdə daha çox quraşdırılmasına üstünlük verilən mexaniki sayğaclar “Azəriqaz” İB-nin Qaz sayğacları siyasətində, əslində abonentlərin xeyrinə verilmiş bir qərardır. Mexaniki sayğaclarda abonent sərfiyyata görə ödəniş edir. Hər ay abonentə qaz sərfiyyatı barədə bildiriş verilir və o, ödənişini edir. Bu zaman həm də vətəndaş balansına pul yükləyə bilmədiyinə görə qazsız qalmır. Əslində “Azəriqaz”ın smart tipli qaz sayğaclarından imtina edib mexaniki sayğaclara üstünlük verməsi həm də dövlət büdcəsi üçün sərfəlidir. Belə ki, smart-kart tipli sayğaclar daha keyfiyyətli olsa da, onların alışı sərfəli deyil. Hesabladıqda məlum olur ki, valyutanın gündəlik məzənnələrindən asılı olaraq təqribən 3 dəfəyədək baha başa gəlir. Mexaniki sayğacların da yenisi alınır və Almaniyanın "Zenner" şirkətinin istehsalıdır. Yəni, heç kəs düşünməsin ki, smart-kart tipli sayğacların yerinə 5-10 il əvvəlki sayğaclar quraşdırılır. Tam yenidir və mexaniki sayğacın üstünlüyü ondan ibarətdir ki, onlayn ödəniş də həyata keçirmək mümkündür. Lakin buna baxmayaraq “Azəriqaz” İB sayğac seçimində sərbəstlik tanıyır. 2022-ci il fevral ayının 1-dən isə bu proses icra olunarkən seçim abonentin ixtiyarına verilir. Yəni o, əvəzlənmə zamanı quraşdırılacaq yeni sayğacın mexaniki-elektron və ya əvvəlcədən ödənişli (smart-kart) olacağını özü müəyyənləşdirəcək.
Qaz sayğaclarının metrologiyada yoxlanışı “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlar ilə dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir. 2022-ci il yanvar ayının 26-dan etibarən isə “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində hər həftənin çərşənbə axşamı və cümə axşamı günləri saat 14:00-dan 17:00-dək Açıq qapı günləri keçirilir. Qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün bütün ictimaiyyət nümayəndələri, abonentlər, ekspertlər, mətbuat və sosial şəbəkə ünvanları vasitəsilə əvvəlcədən departamentə dəvət edilir. Hətta mexaniki-elektron sayğaclarının sərfiyyatı çox qeydə alması barədə fikirlər söyləyən abonentlərə müraciət edilərək, sayğaclarının açılaraq özlərinin iştirakı ilə yoxlanılmasına da şərait yaradılacağı bəyan olunub. Martın 18-də «Azəriqaz» İstehsalat Birliyi yanında İctimai Şuranın və «Azəriqaz» İB-nin rəhbərlərinin birgə təşkilatçılığı ilə Metrologiya Departamentində «Elin gözü tərəzidir» adlı birgə tədbir də keçirilib. Tədbirin əsas məqsədi sonradan ödənişli (mexaniki) sayğaclarda sərfiyyatın çox olmasına dair abonent iddialarının həm media, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələrinin bilavasitə iştirakı ilə yoxlanılması idi. Tədbirdə qaz sayğaclarının yoxlanılması prosesi şikayətçi abonentlərin, həmçinin tanınmış ekspertlərin iştirakı ilə gerçəkləşmiş və yoxlamalar zamanı sayğacların qaz sərfiyyatının normalara uyğun olması məlum olub. Qazlaşdırmanın daha da inkişaf etməsi barəsində Baş nazir Əli Əsədov Milli Məclisin 3 dekabr 2021-ci ildə keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı çıxışında ölkəmizdə qazlaşdırmanın hazırda hansı səviyyədə olması barədə maraqlı statistik məlumatlar təqdim etmişdir. Baş nazir çıxışında qeyd etmişdir ki, hazırda ölkəmizdə qazlaşdırılması həyata keçirilməyən hər hansı region yoxdur. Halbuki bir müddət əvvəl qaz təchizatı olmayan rayon və şəhərlərin sayı kifayət qədər çox idi. Rayonlar üzrə hər hansı ayrı-seçkiliyə yol verilmədən ölkə ərazisində qazlaşdırmanın başa çatdırılması Hökumətin əsas hədəflərindən biridir. Onu da qeyd etmək istərdim ki, bəzi qonşu ölkələr, o cümlədən dünyanın ən böyük qaz ixracatçısı ancaq indi öz ərazilərinin qazlaşdırılması ilə bağlı proqram üzərində işləyirlər. Azərbaycanda isə qazlaşdırma səviyyəsi 96.3% təşkil edir. Ümumiyyətlə, ölkə üzrə 2,4 milyondan artıq abonent mövcuddur və onların 95.5% əhalidir. 2457 yaşayış məntəqəsi qazlaşdırılıb, o cümlədən 61 şəhər, 228 qəsəbə, 2168 kənd. Bu da “Azəriqaz” İB-nın böyük uğuru hesab oluna bilər. Qeyd edək ki, bu gün ölkədə ümumilikdə 800-dən artıq qazlaşdırılmayan kənd var. 2022-ci ildə onlardan 500-ünün qazlaşdırılması nəzərdə tutulur. 2022-ci il üçün qazlaşdırılma planı təsdiq edilib.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz kəmərlərinin əsaslı təmiri istiqamətində genişmiqyaslı işlər görülməkdədir. Xüsusilə də Bakı şəhərində qaz şəbəkəsində aparılan təmir işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilir. İstifadə müddətini başa vurmuş, həyətyanı sahələrdən keçən pərakəndə qaz xətlərinin təmir olunması uğurla davam etdirilir. Bütün bu işlərlə yanaşı, qaz sayğaclarının həyətyanı sahələrdən kənara çıxarılması da uğurla yerinə yetirilir. Azərbaycanda qaz şəbəkəsinin yenidən qurulması, istehlakçıların qaz təchizatının bərpası, həmçinin yeni qaz kəmərlərinin çəkilməsi, təbii qazdan səmərəli istifadə edilməsi “Azəriqaz” İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir və bu istiqamətdə işlərin icrası davam etdirilir.
Elnur Rzayev,
“Azəriqaz” İB-nin BRQSD SİEŞ rəis müavini