19 fevral 2022 10:06
555

Baş məşqçi rəqibin idman direktoruna hücum edib

Fransa Liqa 1-in XXV turunda keçirilmiş "Lill" - "Mets" oyununda əlbəyaxa dava olub.

“İki sahil” xəbər verir ki, "Mets"in baş məşqçisi Frederik Antonetti qarşılaşmanın sonlarında rəqibin idman direktoru Silven Armana hücum edib.

62 yaşlı fransalı mütəxəssis bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, görüş qolsuz bərabərliklə yekunlaşıb.