24 iyul 2026 10:51
107

Onur Quluzadənin növbəti sınağı

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışa qatılıb.

“İki sahil” xəbər verir ki, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə  Qazaxıstanın Almatı şəhərinə yollanan istedadlı idmançı "WTT Youth Contender" turnirində mübarizə aparacaq.

Bu gün başlanan beynəlxalq yarışa iyulun 27-də yekun vurulacaq. Xatırladaq ki, Onur, bugünlərdə Portuqaliyada təşkil olunan Avropa çempionatından bürünc medalla dönmüsdü.