Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsində növbəti cavab oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan qarşılaşmada "Sabah" "Neftçi"ni qəbul edib.
Oyunun 41-ci dəqiqəsində Xuan Kamaranın vurduğu qol ilə “Sabah” hesabı açıb. 61-ci dəqiqədə Emin Mahmudov hesabı bərabərləşdirib – 1-1. Ramon Maçado, isə qarşılaşmanın 62 və 68-ci dəqiqələrində vurduğu qollar ilə “Neftçi”nin qələbəsini təmin edib – 1-3.
Bu nəticə ilə “Ağ-qaralar” Azərbaycan Kubokunun növbəti mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, komandalar arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Azərbaycan Kuboku, 1/4 final
Cavab oyunu
12 fevral (şənbə)
16:00. “Sabah” 1–3 “Neftçi”
Qol: Xuan Kamara, 41 (1:0), Emin Mahmudov, 61 (1:1), Ramon Maçado, 62 (1:2), 68 (1:3)
Qırmızı vərəqə: Aleksey İsayev, 75 ("Sabah"), Səlahət Ağayev, 75 ("Sabah")
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
“Bank Respublika Arena”
İlk oyun - 1:1