Portuqaliya Premyer Liqasının 22-ci turunda "Portu" - "Sportinq" (2:2) görüşündən sonra meydanda xoşagəlməz hadisə yaşanıb.
"İki sahil" xəbər verir ki, qarşılaşmanın ardından komandaların oyunçuları dalaşmağa başlayıblar. Bu zaman klubların texniki heyəti və məşqçilər korpusu da mübahisə ediblər.
Nəticədə baş hakim 4 qırmızı vərəqə göstərib. Meydan sahiblərindən Aqustin Markesin və Pepe, "Sportinq"də isə Joau Palin ilə Brunu Tabata cəzalandırılıblar.
Qeyd edək ki, "Portu" turnir cədvəlində 60 xalla 1-ci, "Sportinq" isə 54 xalla 2-cidir.