08 fevral 2022 15:15
538

Braziliyada fantastik qol - VİDEO

Braziliyanın Pernambukano Liqasında (Pernambuku ştatının çempionatı) qeyri-adi qol vurulub.

“İki sahil” xəbər verir ki, “Salqeyru” komandasının müdafiəçisi Lusao 70 metrlik məsafədən topu rəqib “Sete de Setembru”nun qapısından keçirib.

Qeyd edək ki, bu görüşdə “Salqeyru” 4:0 hesabı ilə qalib gəlib.