31 yanvar 2022 20:30
1078

İnvestisiyalarla bağlı maraqlı faktlar - FOTO

İnvestisiyaların 1000 il əvvəl ortaya çıxdığını bilirdinizmi? Hətta Qədim Babildə insanlar sərmayənin nə olduğunu bilirdilər, buna görə də Babil planetin ən zəngin şəhəri oldu.

Bu gün bir çox insanlar üçün "investor" sözü varlı bir insan stereotipi formalaşdırıb. Əslində isə investisiyaların köməyi ilə adi bir insan əhəmiyyətli kapital toplaya bilər, varlı adam isə sərvətini artıra bilər.

Aşağıda investisiyanın tarixi ilə bağlı faktlarla tanış ola bilərisiniz:

"İnvestisiya” sözü nə deməkdir?

Latın dilindən "investisiya" əslində "hüquqa malikk olmaq" kimi tərcümə olunur. Məsələ burasındadır ki, orta əsrlərdə iri feodallar öz vassallarına onlardan gəlir almaq hüququ ilə torpaq sahələri verə bilirdilər. Sözün indiki mənası da buradan gəlir.

Çar Rusiyası dövründə başlıca investisiya nəyə yatırılırdı?

Çar Rusiyası dövründə yaşayış binaları çox məşhur idi - kirayə üçün tikilmiş çoxmənzilli binalar. Çardaqlar kasıblara, yuxarı mərtəbələr fəhlələrə, birinci mərtəbələr isə varlılara kirayə mənzillər verilirdi.

“Zanbaqmaniya”

 Bir neçə il ərzində Hollandiyada zanbaqların qiyməti çox baha oldu, buna görə də ölkənin demək olar ki, bütün sakinləri onun satışına başladılarlar. Belə ki, bir çiçəyin qiyməti indiki iki milyon dollara bərabər idi. Zanbağa külli miqdarda investisiya qoyuluşu Hollandiya iqtisadiyyatının tamamilə məhvinə səbəb oldu, çünki digər sahələrdə inkişaf tamamilə dayanmışdı.

 Zəngin bomj

 İsveçdən olan evsiz Kurt Degerman otuz il ərzində konservlər və butulkalar toplayıb satıb, aldığı pulları İsveç şirkətlərinə investisiya etmək üçün istifadə edib. Öləndən sonra məlum oldu ki, onun sərvəti 1,4 milyon dollardır! Maraqlıdır ki, nə qohumları, nə də dostları onun gizli sərvətindən xəbərdar deyildilər.

Treyderlər və ya investorlar

Əksər elmi araşdırmalar passiv sərmayələrin ən yüksək gəlir gətirdiyini aşkar edib. Müntəzəm olaraq sövdələşmələr edən investorlar bəzən  mənfəət baxımından passiv həmkarlarından geri qalırlar.

 Ən uğurlu investor

Uorren Baffet bəşəriyyət tarixinin ən məşhur və uğurlu investoru hesab olunur. O, 60-cı illərdə öz şirkətini yaratdı və cəmi on min dollarla dünyanın ən varlı adamları siyahısına daxil ola bildi. Bu gün Baffetin sərvəti 75 milyard dolları ötür.

Nubar Süleymanova, “İki sahil”