Bu il ərzində ümumilikdə müxtəlif regionları əhatə edən 100-dən çox kənd və yaşayış məntəqəsinin elektrik enerji şəbəkəsi tamamilə yenidən qurulacaq.
“Azərişıq” ASC-dən “İki sahil”ə verilən məlumata görə, layihə çərçivəsində Şəkinin Baş Zəyzid, Şirinbulaq, Aşağı Göynük, Aşağı Daşağıl kəndlərinin elektrik şəbəkəsində yenidənqurma işlərinə başlanılıb.
Görüləcək işlər çərçivəsində ümumilikdə, 1826 abonentin yaşadığı bu 4 kənd ərazisində 41 ədəd Komplekt Transformator Məntəqəsi (KTM) quraşdırılacaq, 95 km-a yaxın 10 kV-luq, 103 kilometrə yaxın 0,4 kV-luq elektrik xətləri və abonentlərin sayğacları yenilənəcək.
Neftçala rayonunun 4 kəndinin də elektrik şəbəkəsi yenidən qurulur. Bu istiqamətdə Şorkənd, Bala Surra, Qədimkənd və Yeniqışlaq kəndlərində işlərə başlanılıb.
Ümumilikdə, 714 abonentin yaşadığı 4 kənd ərazisində 15 ədəd KTM quraşdırılacaq, 28 kilometrdən çox 10 kV-luq xətt, 46 kilometrdən çox 0,4 kV-luq xətləri və abonentlərin sayğacları yenilənəcək. Yeni layihə çərçivəsində digər regionlarda da işlər davam edir.
Nazir Rəşad Nəbiyev Çinin Dövlət İnternet İnformasiya Ofisinin naziri ilə görüşüb
Neft Fondu birinci rübdə neft-qaz sazişlərindən 1,8 milyard manat gəlir əldə edib