26 dekabr 2021 20:50
1007

Rusiyada ABŞ-ı qəzəbləndirəcək görüntü - VİDEO

Rusiyada bir qrup tərəfindən ABŞ-ın Moskvadakı səfirliyinin binasına, Mixail Qorbaçovun istefasının görüntüləri ilə yanaşı müxtəlif mətnlər, o cümlədən “Böyük Rusiya yenidən doğulur”, mesajı proyeksiya edilib.

“İki sahil” “Haber Global”a istinadən xəbər verir ki,

Səfirlik binasına “Sem dayıya ad günün mübarək. 30 il əvvəl gözəl bir hədiyyəniz var idi. 25 dekabr 1991-ci il! Amma artıq hədiyyələriniz olmayacaq. “Böyük Rusiya yenidən doğulur” mətnlərindən sonra Sovet İttifaqının bayrağı, Sovet İttifaqının sonuncu lideri Mixail Qorbaçovun istefasının görüntüləri, Rusiya bayrağı əks olunub.

Binanın üzərinə proyeksiya edilən şəkillər arasında 2014-cü ildə ilhaq edilmiş Krımın xəritəsi, Kerç boğazı üzərində tikilmiş körpü və Rusiyanın ballistik raketlərinin təsvirləri var.