26 dekabr 2021 18:11
1630

Türkiyənin “HİSAR-O+” hava hücumundan müdafiə sistemi sınaqlardan uğurla çıxıb

Türkiyənin “Hisar-O+” yerli zenit-raket kompleksi Aksaray poliqonunda növbəti sınaqlardan uğurla çıxıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Sənayesi Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd edilib ki, hava hücumundan müdafiə raket sistemi pilotsuz hədəf təyyarəsini uğurla vurub.

Prezident Administrasiyası yanında Türkiyə Müdafiə Sənayesi Müdirliyinin yardımı ilə hazırlanan “HİSAR-O+” hava hücumundan müdafiə sistemi Türkiyədə ilk yerli hava hücumundan müdafiə sistemidir.