Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Vişeqrad Qrupuna daxil olan ölkələrin XİN rəhbərləri futbol oynayıblar.
“İki sahil” “Sputnik Türkiyə”yə istinadla xəbər verir ki, maraqlı hadisə Macarıstanın paytaxtı Budapeşt şəhərində baş verib.
Rəsmi geyimləri ilə meydana enən nazirlər medianın böyük marağına səbəb olublar.
Nazirlər daha sonra toplaşaraq futbol topları ilə foto da çəkdiriblər.