13 dekabr 2021 20:06
929

Qara Qarayev: Prezident Qurban Qurbanovu göstərib mənə dedi ki... VİDEO

Bu gün Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edib.

Görüşdə Prezidentin “Qarabağ”ın futbolçusu Qara Qarayevləı zarafatı və gülüşmələri diqqət çəkib.

“İki sahil” xəbər verir ki,  təcrübəli yarımmüdafiəçi ölkə başçısı ilə səmimi görüşlə bağlı təəssüratını "Qafqazinfo" ilə bölüşüb. 

“Prezident Qurban Qurbanovu göstərib mənə dedi ki, Füzulidən oyuna gəlib çata bildin? Dedim ki, “yox”. Prezident buna güldü”.

Qeyd edək ki, Prezidentin oktyabrın 17-si Füzuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. Görüşdə “Qarabağ” komandasının və eləcə də millimizin futbolçusu Qara Qarayev də iştirak edib. Həmin gün “Qarabağ”ın “Sabah”la oyunu vardı.