12 dekabr 2021 04:27
917

Satıcıdan cəsarətli davranış - VİDEO

Türkiyənin İstanbul şəhərində üç nəfər silahlı şəxs zərgərlik mağazasına daxil olaraq soyğunçuluğa cəhd edib.

Hadisə anbaan mağazanın təhlükəsizlik kamraları tərəfindən qeydə alınıb.

Lakin satıcı onu hədələyən cinayətkarlardan qorxmayaraq müqavimət göstərib, silahlı şəxslərin üzərinə yeriyib.

Satıcının bu davranışından təşvişə düşən silahlı şəxslər dərhal qaçaraq hadisə yerindən uzaqlaşıblar.

Oxu.Az