"Türkiyə-Suriya sərhədində yeni yataq aşkarlanıb. Mardin vilayətinin Nuseybin rayonundan 32 km şərqdə yerləşən Günyurdu-1 quyusunda kəşfiyyat işləri apararkən sıxlığı API cədvəli ilə 11,8 olan ağır neft yatağı aşkar etdik".
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin milli neft şirkəti TPAO-nun tviter səhifəsində məlumat paylaşılıb.