03 dekabr 2021 20:29
1044

Ərdoğan əlil gəncin əlindən öpdü VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlil Müəllimlərin Təyinatı və Maneəsiz Baxış 2030 Təqdimat mərasiminə qatılıb.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə Prezidenti mərasim zamanı sürprizlə qarşılaşıb. Sağlamlıq imkanları məhdud bir gənc Ərdoğanla anası Tənzilə Ərdoğanın sadə qələmlə çəkilmiş portretini prezidentə təqdim edib.

Bu hədiyyənin qarşısında kövrələn Ərdoğan gəncin əllərindən öpüb.

Türkiyəli lider tədbir zamanı həmin gəncə diqqətini əsirgəməyib.