11 noyabr 2021 18:57
863

Saakaşvilini xəstəxanaya belə aparıblar VİDEO

Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandıracağını açıqlayıb.

Saakaşvili “Mtavari Arxi” telekanalının direktoru Nika Qvaramiaya məktubunda bildirib.

“Mən Strasburq məhkəməsinin qərarını diqqətə alaraq aclıq aksiyasını dayandırmaq barədə qərar qəbul etmişəm. Aclıq aksiyasından sonrakı reabilitasiya aclığın idarə edilməsindən daha çətindir, lakin Qldani xəstəxanasında nə texnoloji imkanlar, nə də müvafiq ixtisaslı həkimlər var”, - M. Saakaşvili qeyd edib.

Sabiq Prezident hazırkı xəstəxanadan işğal xətti yaxınlığındakı Qori hərbi xəstəxanasına köçürülməsini Rusiya xüsusi təyinatlılarının bölgəyə yaxın olduğu üçün özünə təhdid hesab etdiyini qeyd edib. O, həkimlər şurasının yüksək texnologiyalara malik çoxfunksiyalı xəstəxanaya köçürülməsi barədə qərar verməsini xahiş edib. M. Saakaşvili vurğulayıb ki, müvafiq qərar qəbul edilən kimi aclıq aksiyasını dayandırmağa hazırdır.

***

Gürcüstan Xüsusi Penitensiar Xidməti eks-prezident Mixail Saakaşvilinin 18 saylı Qldani Cəzaçəkmə Müəssisəsinə və həbsxana xəstəxanasına necə aparıldığını və palataya necə yerləşdirildiyini əks etdirən kadrlar yayıb.

“İki sahil” “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, xüsusi brifinqdə ədliyyə naziri Rati Breqadze bildirib ki, bu cür tədbirləri məcburiyyətdən ediblər. O,  Saakaşvilinin vəkillərindən Nika Qvaramiyanın eks-prezidenti “maşından çıxarıb xəstəxana binasına 30 metr sürükləyərək aparıblar” ittihamlarına da cavab verib: 

“Təcili yardım maşını düz müəssisənin qapısında dayandı. Saakaşvili maşından düşməli olan zaman əməkdaşlarımızın qanuni tələblərinə tabe olmayıb. Bu zaman o, əməkdaşımızı təhqir edib, tibbi ləvazimatlara ziyan vurub”. 

Nazir bildirib ki, bu faktla bağlı araşdırma həm Dövlət Müfəttişliyi Xidməti, həm də Gürcüstan Ədliyyə Nazirliyinin Baş Müfəttişliyi tərəfindən aparılır.

Qeyd edək ki, vəkillərinin sözlərinə görə, Saakaşvili hazırda tibbi yardım və müalicədən imtina edir.