03 noyabr 2021 18:09
928

YAP Cəlilabad rayon təşkilatının fəalları şəhid Kənan Nadirlinin xatirəsinə videofilm hazırlayıblar - VİDEO

Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları rayonun Kövüzbulaq kənd sakini, Vətən müharibəsi şəhidi Nadirli Kənan İlqar oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

“İki sahil” xəbər verir ki, YAP Cəlilabad rayon təşkilatının fəalları şəhid Kənan Nadirlinin xatirəsinə həsr edilmiş videofilm hazırlayıblar.

Qeyd edək ki, şəhid Kənan Nadirli “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülüb.

Qəhrəman şəhidimizin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, YAŞAT fonduna və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını ifadə ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!