Ağdam rayonunun Papravənd və Maqsudlu kəndlərində açıq ərazidə yanğın başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam, həmçinin Tərtər və Ağdərə bölmələrinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Ərazinin bir hissəsinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
AZƏRTAC
DİN-in duracaqlarında nəqliyyat vasitələrinin saxlanılmasının məbləği təsdiqlənib