ABŞ Prezidenti Co Bayden Qlazqoda BMT-nin İqlim Dəyişikliyi üzrə 26-cı konfransı zamanı yuxulayıb.
“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, konfrans zamanı Bayden gözlərini 30 saniyə boyunca qapalı saxlayıb.
Baydenin fəallardan birinin çıxış edərkən yuxu ilə mübarizəsi zamanı çəkilmiş videosu qısa müddətdə sosial şəbəkələrdə yayılıb.