11 oktyabr 2021 15:57
1106

PKK/YPG Suriyanın Afrin bölgəsinə hücum edib VİDEO

Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Afrin bölgəsində terrorçu PKK/YPG qruplaşmasının bomba yüklənmiş avtomobili partlatması nəticəsində 3 dinc sakin ölüb, 10-u yaralanıb.

“İki sahil” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Hatay əyaləti valiliyinin yaydığı yazılı açıqlamada bildirilib.

Məlumata görə, yaralılar ərazidəki hospitala yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.