22 sentyabr 2021 12:54
1018

Zamiq Türkiyə şou-biznesinə qatılır VİDEO

Müğənni Zamiq Hüseynov bir müddətdir Türkiyədə hazırladığı "5 günlük dünya" adlı albomunu sevənlərinin ixtiyarına verib.

“İki sahil” xəbər verir ki, sənətçi albomdan sözləri Leyli Erola, musiqisi isə Hakan Erola aid olan "Hep biri var" mahnısına ekran həyatı da verib.

Müğənninin bütün mahnıları türk dilində oxuduğu albom və klip "Net Müzik" Yutub kanalında yer alıb. Yeni layihəsindən söz açan Hüseynov 5 günlük dünyada hər kəsə sağlamlıq və xoşbəxtlik diləyib.