26 iyul 2026 14:14
120

“İlk məhəbbət məktubu” illər sonra “Dream Fest” səhnəsində yenidən səsləndi

Xalq artisti Tünzalə Ağayeva “Dream fest” səhnəsində çıxış edib.

“İki sahil” xəbər verir ki, pop ulduz gecə ərzində ən hit mahnılarını xüsusi səhnə şousu ilə təqdim edib. Çıxışın ən özəl məqamı isə sənətkarın 20 il öncə yazdığı “İlk məhəbbət məktubu” mahnısının yenidən səsləndirməsi olub. Bütün ifaları tamaşaçılar sənətçi ilə birlikdə bir ağızdan əzbərə söyləyiblər.

Xalq artistinin çıxışı qədər görünüşü də böyük maraqla qarşılanılıb. Mavi rəngdə olan geyimin müəllifi dizayner Xəyalə Bayramdır. Saç stili üzərində stilist Sabir Bağırov çalışıb, makiyajı isə Ramalə Qasımova edib.