Ukrayna SOCAR-ın genişlənməyi hədəflədiyi əsas bazarlardandır.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Inteligence Services) müsahibəsində deyib.
O bildirib ki, şirkət 2015-ci ildən Ukraynada qaz satışlarının həyata keçirilməsi ilə məşğuldur. SOCAR qarşıdakı 5-10 il ərzində Ukraynada tələbatı nəzərə alaraq fəaliyyət portfelini ən azı iki dəfə artırmağı planlayır.
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb