Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi olan "SOCAR Türkiyə" "AzerTelecom" MMC telekommunikasiya operatoru ilə birgə müəssisə yaradacaq.
“İki sahil” xəbər verir ki, müəssisənin yaradılması ilə bağlı Türkiyənin antiinhisar qurumu müvafiq razılıq verib.
Birgə müəssisə "Transanatolian Fiber Taf Telecommunications Services" adını daşıyacaq.
Qeyd edək ki, "SOCAR Türkiyə" 2008-ci ildə "Petkim" müəssisəsinin səhmlərinin 51 faizini satın almaqla Türkiyədə fəaliyyətə başlayıb.
"Azertelecom" MMC "Bakcell" mobil rabitə operatorunun törəmə müəssisəsidir. (Trend)
SOCAR-ın prezidenti Özbəkistanın investisiya, sənaye və ticarət naziri və energetika naziri ilə görüşüb
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb