Hindistanın şərqindəki ən yoxsul əyalətlərdən olan Biharda qəribə hadisə baş verib.
"İndianexpress"in verdiyi məlumata görə, Hindistanın şərqindəki ən yoxsul əyalətlərdən olan Biharda qəribə hadisə baş verib. Zabit olmaq istəyənlər üçün imtahan keçirilib. Ancaq imtahanlar dünyada analoqu olmayan şəkildə keçirilib.
Hərbiçilər imtahanda köçürmənin qarşısını almaq üçün, abituryentlərin paltarlarını soyunudurub imtahan buraxıblar. Hadisə ölkədə müzakirələrə səbəb olub. Hərbiçilər isə bundan başqa çarələrinin olmadıqlarını bildiriblər.
Qeyd edək ki, keçən il valideynlər imtahanın keçirildiyi binalara dırmaşaraq övladlarına sualların cavablarını ötürüblər.