Rusiyada iki yeni strateji raketdaşıyıcı "Yuriy Dolqorukiy" və "Vladimir Monomax" dənizə çıxmağı gözləyirlər.
Onlardan biri qitələrarası ballistik "Bulava" raketini buraxacaq. Rusiya nüvə qüvvələrinin döyüş hazırlığını sınaqdan keçirmək üçün Şimal Flotunu hazırlayır. İlk növbədə raketlər sınaqdan keçiriləcək.
Uğurlu start və hədəfin məhv edilməsi onu göstərəcək ki, nüvə müharibəsi baş verərsə Rusiya HDQ düşmənə cavab zərbəsi endirə biləcək.